Sandıq tətbiqi istifadəçilərə elektron çeklərin idarə olunması, ƏDV geri al prosesinin asanlaşdırılması və stimullaşdırıcı kampaniyalarda iştirak üçün təqdim olunur.
Tətbiqdən istifadə etməklə istifadəçi bu qaydaları qəbul etmiş sayılır.
Tətbiqdən yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə edilə bilər.
Tətbiqin istifadəsindən doğan hər hansı bir ziyan və ya itki üçün Sandıq məsuliyyət daşımır. İstifadəçilər öz təhlükəsizliklərini təmin etmək üçün lazımi tədbirləri görməlidirlər.
Sandıq bu hallarda istifadəçi hesabını məhdudlaşdırmaq hüququnu saxlayır.
Sandıq ƏDV geri al prosesində yalnız vasitəçi texnoloji platforma rolunu oynayır. Maliyyə köçürmələri banklar və dövlət qurumları tərəfindən həyata keçirilir.
Lotereyalar və bonuslar pulsuzdur, real çeklərin yüklənməsi əsasında təqdim olunur, qalib gəlməyə zəmanət verilmir.
İstifadəçi tətbiqə əlavə etdiyi loyallıq və bonus kartlarının düzgünlüyünə və istifadəsinə görə özü məsuliyyət daşıyır.
Xüsusiyyətlər platforma təkmilləşdirildikcə dəyişə bilər.
Abunəliklər istifadəçinin cihazına uyğun olaraq Apple App Store və ya Google Play hesabı vasitəsilə ödənilir.
Ödəniş satınalma təsdiqləndikdə müvafiq olaraq Apple App Store və ya Google Play hesabınızdan tutulur.
Cari ödəniş dövrünün bitməsindən ən azı 24 saat əvvəl ləğv edilmədiyi halda abunəliklər avtomatik olaraq yenilənir.
Yenilənmə üçün ödəniş cari abunəlik dövrünün bitməsinə 24 saat qalmış hesabınıza tutulur.
İstifadəçilər abunəliklərini satınalmadan sonra Apple App Store və ya Google Play hesab parametrləri vasitəsilə idarə edə və ya ləğv edə bilərlər.
Sandıq tətbiqinin əsas funksionallığı abunəlik olmadan istifadəyə açıqdır. Məhsul qiymətlərinin yoxlanması, endirimli məhsullara baxış, endirim bildirişləri və alış-veriş siyahıları isə limitli istifadəyə açıqdır.
Müəyyən promosyon üstünlükləri Sandıq Plus daxilində əlavə xüsusiyyətlər kimi təqdim edilə bilər.
Sandıq Plus qumar məqsədləri üçün nəzərdə tutulmayıb və lotereya bileti və ya mərc funksionallığı satmır.
Sandıq gələcəkdə abunəlik xüsusiyyətlərini və qiymətlərini dəyişdirmək, yeniləmək və ya təkmilləşdirmək hüququnu saxlayır.
Sandıq texniki fasilələr, üçüncü tərəf xidmətləri və istifadəçi səhvlərindən yaranan itkilərə görə məsuliyyət daşımır.
Sandıq bu qaydaları yeniləmək hüququnu saxlayır. Tətbiqdən istifadənin davam etdirilməsi yeni qaydaların qəbulu hesab olunur.